Image

Yəmən sahillərində növbəti gəmiyə hücum olub

Yəmənin Əl-Mukalla şəhərindən təxminən 102 dəniz mili cənub-qərbdə gəmiyə yeni hücum baş verib.

Bu barədə Reuters agentliyi dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan Britaniyanın "Ambrey" şirkətinə istinadən məlumat yayıb.

Şirkət yaxınlıqdakı gəmilərin ekipajlarına xəbərdarlıq edib ki, ehtiyatlı davransınlar və hər hansı şübhəli fəaliyyət barədə məlumat versinlər.

"Ambrey" hücumu kimin həyata keçirdiyini açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Britaniya Hərbi Dəniz Qüvvələri Ədən körfəzindəki Ədən limanından 59 dəniz mili cənub-qərbdə gəmiyə növbəti hücum barədə məlumat vermişdi.//apa

BAKU.WS

Xəbər lenti

Mirziyoyev Bakıya gəlib

Sabahın hava proqnozu