Image

Məşhur aparıcı AzTV-dən getdi

Aparıcı Samirə Mustafayeva AzTV-dən gedib.    BAKU.WS axşam.az-a istinadən xəbər veri ki o, kanalla işbirliyinə son qoyub.    S.Mustafayeva xəbəri təsdiqləyib. O bildirib ki, kanaldan getməsinin səbəbi qızının təhsilidir:    “Bu il qızım orta təhsilini bitirib və artıq xaricdə təhsilə hazırlaşırıq. Universitet seçimi, yerləşmə, bütün zamanımı bu işlərə ayırmışam. Tez-tez səfər edirik. Xəbər isə canlı efirdir. Hər dəfə və ya uzunmüddətli icazə almaq olmur.  Çalışdığım doğma AzTV-dən isə ayrılmaq mənə çox çətin oldu. Çünki peşəkar komanda, hər zaman diqqət və qayğısını işçidən əskik etməyən sədrin rəhbərliyi ilə çalışmışam”.    Qeyd edək ki, S.Mustafayeva uzun müddət ATV-də işləyib. O, daha sonra fəaliyyətinə ara verib. 2020-ci ildən isə AzTV-də çalışıb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq