Image

Yorğunluğu aradan qaldıracaq məhsullar - SİYAHI

Elmi araşdırmalar göstərib ki, bəzi qidaları qəbul edənlər daha keyfiyyətli yuxuya malikdirlər. Bunun sayəsində belə insanlar gümrah oyanırlar.

BAKU.WS xarici mediaya istinadən sözügedən məhsulları təqdim edir:

Balıq - Yağlı balıqlarda omeqa-3 yüksəkdir. Bu turşular yaddaşı möhkəmləndirir. Həftədə bir dəfə qızılbalıq, sardina yemək tövsiyə olunur.

Qatıq - Probiyotiklərlə zəngindir, həzm sisteminin işində iştirak edir və enerji səviyyəsini artırır.

Qəhvə - Bu içki tərkibində kofein olduğu üçün enerji verir. Gündə bir və ya iki stəkan istehlak etmək yaxşıdır.

Banan - Tərkibində kalium var və orqanizmin dözümlülüyünü artırır.

Kivi - Tərkibində çoxlu C vitamini olan meyvədir. İmmunitet sistemini gücləndirir və enerji səviyyəsini artırır. Yatmadan əvvəl bir kivi yemək yuxu keyfiyyətini artıracaq.

Avokado - Bu meyvədə çoxlu miqdarda kalium və lif var. Avokado həmçinin qəbizliyin qarşısını alır və həzmi tənzimləyir.

Badam - Tərkibində çoxlu lif və sağlam yağlar var.

Yumurta - Enerji səviyyələrini artırmaq üçün gündə iki ədəd istehlak etmək kifayətdir.

Yulaf - Tərkibində lif və mürəkkəb karbohidratların olması ilə seçilir.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq