Image

Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir - YENİLƏNDİ

Baş nazir Əli Əsədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İran Prezidenti İbrahim Rəisi, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və helikopter qəzasında həlak olan digər şəxslərlə anım mərasimində iştirak etmək üçün İranın paytaxtı Tehrana səfərə gedib.

Gundem.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

***

09:42

Mayın 22-də Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək.

Bu barədə Gundem.az-a Nazirlər Kabinetindən (NK) məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.

Bildirilib ki, nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq