Şimali Kiprdə şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək
Bu ilin iyun ayında Şimali Kipr Türk Respublikasında (ŞKTR) şəhid övladları üçün yay düşərgəsi təşkil ediləcək.
Bu fikirləri "Report"un Qarabağ bürosuna açıqlamasında "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova deyib.
Sevinc Orucova bu gün Şimali Kipr Türk Cümhuriyyətindən olan şəhid ailərilə Qurbağa səfəri zamanı media nümayəndələrinə də açıqlama verib.
QHT - lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyilə Şimali Kipr Türk Cümhuriyyətində şəhid ailələrini birləşdirən "Şəhid ailələri və malül qazilər dərnəyi"nin birgə təşkilatçılığıyla bu səfəri təşkil etdik. İlk öncə ötən gün konfrans keçirdik. Bu gün isə Qarabağa gəldik.
S. Orucova onuda bildirib ki, bu tədbir zamanı Qarabağa səfər etmək Şimali Kipr Türk Cümhuriyyətindən olan şəhid ailələrinin ən böyük arzusu olub. "Onlarında ən böyük arzusu şəhidlərimizin qanıyla suvarılmış vətən torpağını ziyarətə gəlmək olub. Səfər boyu Şuşanı, Xocalını və bu gün Ağdama gəldik. Şəhidlərimizi ziyarət etdik. Çox duyğusal anlar yaşadıq, buda təbiidir.
S. Orucova qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycandan olan şəhid övladları üçün bu ilin iyun ayında ŞKTC - də yay düşərgəsi təşkil ediləcəyini də bildirib. Bir millət olaraq eyni acıları yaşamağımız tarixən məlumdur. Çünki acılarımız eyni, yaşadığımız faciələr eyni, uğradığımız genosid faciələri xatırladıq, tariximizi bölüşdük. Qarabağa azad olunmasıyla kimliyimizdən doğan o fəxarət dolu anlarla fikirlərimizi bölüşdük. Onuda deyim ki, İnşallah yay ərzində, yəni iyul ayında ŞKTC - də iki universitetdə şəhid övladları üçün yay düşərgəsi təşkil edəcəyik. Əminik ki, bizim düşərgədə iştirak edən övladlarımıza onların tarixi yaxından tanış olacaqlar. Burda ortaq dosruqlarln formalaşmasına təkan verəcək deyə S. Orucova bildirib.
BAKU.WSMənbə: baku.ws