Image

Bu rayonda qaz OLMAYACAQ - XƏBƏRDARLIQ!

Bu gün Bakının Yasamal rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Gundem.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, mayın 24-də saat 10:00-dan Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 41/47 ünvanında qaz xəttində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Kazım Kazımzadə və Ələsgər Ələkbərov küçələrinin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb

Sabah 38 dərəcə isti olacaq