Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi İlqar Rəhimovla vida mərasimi keçirilir - FOTO
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İlqar Şaiq oğlu Rəhimovun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Göyçay rayonunun Müskürlü kəndində ailəsinə təhvil verilib. Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, İlqar Şaiq oğlu Rəhimov 1973-cü il mayın 13-də Göyçay rayonunun Müskürlü kəndində anadan olub. O, 1994-cü il fevralın 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb. İ.Rəhimov Müskürlü kənd qəbiristanlığında dəfn olunacaq. BAKU.WS


Mənbə: baku.ws