Agentlik sədri: Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur
Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 24-də keçirilən iclasında deyib. Onun sözlərinə görə, bununla bağlı layihə hazırlanaraq aidiyyəti üzrə göndərilib, razılaşma mərhələsindədir. M.Abbasbəyli vurğulayıb ki, hazırda hökumətdə müzakirə olunan üç aktiv layihə var: “Bunlar məqsədli proqrmalar, sosial müəssisələrin yaradılması və kvotadan əlavə iş yerləridir. Hər üç layihə bütün mərhələlərdən keçib, Administrasiyada yekun müzakirə mərhələsindədir. İnanırıq ki, yaxın vaxtlarda sizin müzakirənizə təqdim olunacaq”. BAKU.WSMənbə: baku.ws