Image

Milli standartlaşdırma proqramının formalaşdırılması qaydası təsdiqlənib

Nazirlər Kabineti “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”nı təsdiq edib.   BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.   Qayda “Standartlaşdırma haqqında” qanuna uyğun olaraq milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi məqsədilə hazırlanıb.   Qərara əsasən, milli standartlaşdırma qurumu 6 ayda bir dəfədən az olmayaraq milli standartlaşdırma proqramı üzrə görülmüş işlər barədə məlumatları internet səhifəsində yerləşdirir. BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti