Image

Bakının bu ərazisində insanlar zibil qoxusundan evdə otura bilmirlər - VİDEO

Bakıda zibil problemi ilə üzləşən ərazilərdən biri də Pirallahı qəsəbəsində yerləşir.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

28-ci məhəllənin sakinləri zibil qoxusundan evlərində otura bilmədiklərini deyirlər.

Gənclər parkına yaxın ərazidə yaşayan sakinlər həmçinin bildirib ki, ərazidə kanalizasiya sisteminin olmaması onları acınacaqlı vəziyyətdə qoyub.

İnsanlar kanalizasiyasını küçəyə axıtmaq məcburiyyətində qalıb. Nəticədə ətrafa zibilliklərlə yanaşı dözülməz qoxu yayılır.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti