Image

Bu tarixdə geomaqnit qasırğası GÖZLƏNİLİR

Hazırda Günəş küləyinin sürəti normaldır.

Gundem.az xəbər verir ki, bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Qeyd olunub ki, 31 mayda geomaqnit sahəsinin fəallığı qısamüddətli G1 səviyyəsinə yüksəlsə də, hazırda kosmik hava sakitdir:

“3-9 iyun tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 75%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 35% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin 3697 regionunun fəallığına əsasən S1 səviyyəsinə yüksələcəyi gözlənilir”.

Bildirilib ki, Günəş küləyinin 1 iyunda baş vermiş TKA təsiri ilə sürətlənəcəyi gözlənilir:

“Geomaqnit sahəsi – 1 iyunda baş vermiş TKA təsiri ilə 4 iyunda G1 (zəif) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır”.

Mənbə: gundem.az

Xəbər lenti