Image

Xırdalanda Birinci Qarabağ müharibəsinin şəhidi Rövşən Əliyev dəfn edilib - FOTO

Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rövşən Məcid oğlu Əliyevlə Xırdalan şəhərində keçirilən vida mərasimi başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, şəhidin nəşi Xırdalan qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti