Image

31 il sonra meyit qalıqları tapılmış şəhid dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılmış Şirinov Nazim Şirin oğlu dəfn olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onun nəşi Abşeron rayonu Mehdiabad qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, o, 1993-cü il oktyabrın 23-də Füzuli rayonunda itkin düşüb.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti