Spiker deputatlara irad tutdu
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deputatlara irad tutub.
BAKU.WS modern.az-a istinadən xəbər verir ki, spiker deputatlara büdcə ilə bağlı qanuna ciddi yanaşmalarını istəyib.
"Bunlar çox ciddi qanun layihələridir, ciddi də münasibət tələb olunur", - deyə o, 2024-cü il dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəyişikliyin müzakirəsi zamanı bildirib.
Spiker qanun layihəsinin müzakirəsində diqqətli olmağa çağırıb:
"Müzakirələrdə iştirak etmək istəməyənlər artıq zaldan çıxıb. Xahiş edirəm, bir-birinizə qulaq asın".
BAKU.WSMənbə: baku.ws