Bakı-Sofiya reysinin ilk təyyarəsi Bolqarıstanın paytaxtına eniş edib - FOTO
Bakı-Sofiya reysinin ilk təyyarəsi Bolqarıstanın paytaxtına eniş edib.
Bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu gün “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Sofiya birbaşa reysini həyata keçirən ilk təyyarəsi Sofiya Beynəlxalq Hava Limanına eniş edib. Təyyarə ənənəvi su tağı salamı ilə daha sonra xüsusi qarşılanma mərasimi ilə qarşılanıb", - paylaşımda qeyd edilib.
BAKU.WSMənbə: baku.ws