"Sənsiz keçən 3 il..."
Müğənni Nurlan Əzizbəyli əmisi, Xalq artisti Ramiz Əzizbəyli ilə bağlı sosial şəbəkədə paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, mərhum aktyoru ildönümündə bu sözlərlə yad edib:
"Sənsiz keçən 3 il...Canım əmim, sənətkar Ramiz Əzizbəyli. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun!".
Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
BAKU.WSMənbə: baku.ws