Image

“Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqresinə hazırlıq yekunlaşmaq üzrədir - FOTO

İyunun 21-22-də Şahbuz rayonunun Batabat yaylağında keçiriləcək “Qərbi Azərbaycana qayıdış” ikinci festival-konqresinə hazırlıq işləri yekunlaşmaq üzrədir.

BAKU.WS report-a istinadən xəbər verir ki, artıq Qərbi Azərbaycanın 11 mahalının gündəlik həyat tərzini canlandıran çadırlar qurulub.

Festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunacaq.

Eyni zamanda, festivalda Qərbi Azərbaycandan olan iki gəncin toyunun keçirilməsi nəzərdə tutulur.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti