Image

Ferrarinin ilk elektrikli avtomobilinin qiyməti 500 000 avro olacaq

Ferrarinin 2025-ci ildə avtomobil bazarına çıxaracağı ilk elektrikli avtomobilin qiyməti açıqlanıb.

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, bunula bağlı mənbələrdən biri "Reuters"a məlumat sızdırıb.

Məşhur markanın yeni modelinin qiyməti ən az 500 000 avro olacaq.

Bu nəqliyyat vasitəsinin qiyməti həmişəkindən yuxarı hesablanıb. 

Bu da maşına çəkilən xərclərin çoxalması ilə əlaqəlidir. Bu ilin əvvələrində təqdim edilən Ferrari modeli 350 000 avro idi. 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti