Image

Masallı ağbirçəklərindən ailə sirləri: "Acından ölsən də, ərindən nəsə istəmə" - VİDEO

"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Masallının köhnə adət-ənənələrindən bəhs olunub.

Rayon sakini Səyyarə Novruzova bildirib ki, zəmanə həmin zəmanədir, sadəcə insanlar dəyişib.

79 yaşlı Səyyarə nənə necə ailə həyatı qurmasından söz açıb:

"Bizim zəmanəmizdə valideynlə övladları arasında pərdə var idi. Bizə icazə yox idi, deyək ki, filankəslə evlənmək istəyirik. Böyüklərimizin razılığı ilə ailə həyatı qurmuşuq".

O, indiki zəmanədəki evliliklərdən də danışıb:

"İndi bir-birilərini istəyirlər, beş gündən sonra ayrılırlar. O vaxtlar boşanmalar azlıq təşkil edirdi".

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti