Bağça müəllimləri də sertifikasiyadan keçəcək - RƏSMİ
"Bağça müəllimlərinin sertifikasiyası qanunvericilikdə nəzərdə tutulub".
Gundem.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bağça müəllimlərinə sertifikasiyadan əvvəl zaman verilməlidir. Buna görə də onlar öncə diaqnostik qiymətləndirmədən keçməlidir. (Sfera.az)
Mənbə: gundem.az