Image

Azərbaycanda pensiyaçıların sayı azalıb, orta pensiya 596 manata çatıb

2026-cı il oktyabrın 1-nə Azərbaycanda 1 milyon 94,2 min pensiyaçı qeydiyyatda olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 min nəfər azdır. Eyni zamanda, orta aylıq pensiya 10,3 faiz artaraq 595,8 manata yüksəlib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, pensiyaçıların sayı ölkə əhalisinin 10,6 faizini təşkil edib. Təyin olunmuş aylıq pensiyaların orta məbləği orta aylıq əməkhaqqının 50,8 faizinə bərabər olub.

2026-cı ilin ilk doqquz ayında 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə birdəfəlik müavinət verilib. Həmçinin radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,2 min nəfərə isə birdəfəlik müavinət ödənilib.

Oktyabrın 1-nə 78,9 min aztəminatlı ailənin 349,3 min üzvü ünvanlı dövlət sosial yardımı alıb. Yardımın bir nəfərə düşən orta aylıq məbləği 99 manat olub.

Bundan başqa, müxtəlif kateqoriyalardan olan 407,6 min nəfərə Prezident təqaüdü və fəxri adlara görə təqaüd təyin edilib.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb

Putin Çinə gedib