Dövlət satınalmaları üzrə 9 ayda 500 mln. manatdan çox vəsaitə qənaət edilib
2026-cı ilin yanvar-sentyabrında təsdiqlənmiş dövlət satınalmaları üzrə 509,9 milyon manat vəsaitə qənaət edilib.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Bəhs edilən dövrdə ümumi qənaət faizi 13,7% təşkil edib. Ümumi qənaət faizi müsabiqə üzrə təsdiq edilmiş qiymətlə ehtimal olunan qiymət arasındakı fərqin ehtimal olunan qiymətə nisbətini ifadə edir.
Qeyd olunan qənaət göstəricisi dövlət satınalmalarının səmərəli təşkili, təchizatçılar arasında rəqabət imkanlarının genişlənməsi və satınalma predmetləri üzrə daha əlverişli təkliflərin seçilməsi baxımından əhəmiyyət daşıyır.
Mənbə: anews.az