Image

Zaur Əliyev: Aqrar sektorda peşə təhsilli kadrlara tələbat artır

Kənd təsərrüfatı sektorunda müasir texnologiyaların, süni intellektin və innovativ yanaşmaların tətbiqi peşə təhsilli kadrlara olan tələbatı artır. Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Peşə Təhsili Forumu 2026”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı Azərbaycanın iqtisadiyyatının aparıcı sektorlarından olmaqla yanaşı, məşğulluğun təmin edilməsində də mühüm əhəmiyyət daşıyır. Hazırda ölkədə məşğul əhalinin təxminən 35 faizi kənd təsərrüfatı sektorunda çalışır.

Nazir müavini qeyd edib ki, bu göstərici aqrar sahədə kadr təminatının və peşə təhsilli mütəxəssislərə tələbatın miqyasını göstərir.

Zaur Əliyevin sözlərinə görə, proqram çərçivəsində müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin 130 min hektardan 2030-cu ilədək 300 min hektara çatdırılması, intensiv meyvə bağlarının sahəsinin genişləndirilməsi və heyvandarlıqda özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması nəzərdə tutulur.

Nazir müavini vurğulayıb ki, qarşıya qoyulan hədəflərə nail olmaq üçün aqrar sektorda kadrların bilik və bacarıqları dəyişən tələblərə uyğunlaşdırılmalıdır. Xüsusilə peşə təhsili müəssisələrində müasir texnologiyalara, süni intellektə və rəqəmsal həllərə bələd olan mütəxəssislərin hazırlanması vacibdir.

O əlavə edib ki, peşə təhsili iqtisadi sektorların inkişafı, gənclərin məşğulluğu və regionların sosial-iqtisadi tərəqqisi baxımından mühüm əhəmiyyət daşıyır. Forum dövlət qurumları və özəl sektor arasında əməkdaşlıq çərçivəsində peşə təhsilinin inkişafı ilə bağlı çağırışların və imkanların müzakirəsinə xidmət edir.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb

Putin Çinə gedib