Image

Peşə təhsili alanların sayı 40 min nəfərə çatıb

2026-cı ildə Azərbaycanda peşə təhsili alanların sayı 40 min nəfərə çatıb. 2025-ci ildə bu göstərici 27 min nəfər olub. Bunu Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli “Peşə Təhsili Forumu 2026”da çıxışı zamanı deyib.

O bildirib ki, yüksək texniki peşə təhsili alanların sayının 8 mindən 10 minə çatdırılması nəzərdə tutulur. Hazırda 1 700 nəfər dual peşə təhsili proqramı üzrə təhsil alır.

Kərimlinin sözlərinə görə, bu il 274 yeni müəllim işə qəbul edilib, 17 yeni təhsil proqramı hazırlanıb.

O qeyd edib ki, peşə təhsilinin əmək bazarının real tələblərinə uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması və innovasiyaların tətbiqi əsas prioritetlərdəndir.

Aparat rəhbəri əlavə edib ki, Prezidentin müvafiq sərəncamına əsasən, 21 yeni peşə təhsili müəssisəsinin tikintisi, iki müəssisənin isə təmiri nəzərdə tutulur.

Kərimli vurğulayıb ki, peşə təhsili yalnız iqtisadiyyatın tələbatına uyğun kadr hazırlığı deyil, həm də gənclərin sosial həyata və əmək fəaliyyətinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb

Putin Çinə gedib