Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat AYRILDI
Quba şəhərində bir sıra küçələrin asfalt örtüyünün yenilənməsi və yolların əsaslı təmiri nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, işlər Quba Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.
Bu məqsədlə 1 milyon 773 min 823 manat vəsait ayrılması planlaşdırılır.
Layihə zamanı A.Aslanov, Nətavan, M.P.Vaqif, Zəfər və Müslüm Maqomayev küçələrindəki yollarda asfalt örtüyünün yenilənməsi planlaşdırılır.
Qeyd edək ki, yolların əsaslı təmiri Quba şəhərində nəqliyyatın hərəkətinin yaxşılaşdırılması, sürücülərin və piyadaların rahatlığının artırılması baxımından əhəmiyyətlidir. Yenilənmiş yol infrastrukturu həm gündəlik gediş-gəlişi asanlaşdıracaq, həm də yaşayış məntəqələrində nəqliyyat təhlükəsizliyinin yüksəldilməsinə töhfə verəcək.
Mənbə: baku.ws