Image

Azərbaycanın 2 naziri Gəncə şəhərində səfərdədir

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri həmçinin kənd təsərrüfatı naziri Gəncə şəhərində səfərdədirlər.

BAKU.WS report-a istinadən xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün Gəncə şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhidlər.

Yeni çağırışlar, imkanlar və perspektivlər" mövzusunda keçiriləcək Beynəlxalq elmi-praktiki konfransda iştirak edəcəklər.

Qeyd edək ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, energetika nazirinin müavini Elnur Sultanov, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov da elmi-praktiki konfransda iştirak etmək üçün Gəncədə səfərdədirlər.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti