Image

Almaniya XİN başçısı: Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh mümkün deyil

Avropanın iştirakı olmadan Ukraynadakı müharibənin davamlı həllinə nail olmaq mümkün deyil, Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib.

Onun sözlərinə görə, Ukraynanın gələcəyi ilə bağlı danışıqlar Rusiya ilə Ukrayna arasında, Avropanın iştirakı ilə aparılmalıdır.

“Əks halda həllə, xüsusilə də bu müharibədən sonra yeni münaqişənin yaranmayacağına təminat verən davamlı həllə nail olmaq mümkün olmayacaq. Ümid edirik ki, müharibə mümkün qədər tez başa çatacaq”, — nazir deyib.

Vadeful bildirib ki, amerikalı və çinli həmkarları ilə söhbətlərindən də bu qənaətə gəlib.

“Avropanın münaqişənin həllində həlledici rol oynamalı olduğu və bu məsələnin başqa bir yerdə həll edilə bilməyəcəyi barədə aydın anlayış var”, — o əlavə edib.

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb