Putin və Si Cinpin arasında danışıqlar başa çatıb
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən danışıqlar iki saatdan çox davam etdikdən sonra başa çatıb. Tərəflər gələcək iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Danışıqlarda hər iki ölkənin geniş tərkibli nümayəndə heyətləri iştirak edib.
Görüş daha sonra kiçik tərkibdə işgüzar səhər yeməyi formatında davam etdirilib. Bu mərhələdə Putinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov da qoşulub.
Mənbə: anews.az