Bu ərazilərdə qaz KƏSİLDİ - ƏHALİNİN DİQQƏTİNƏ!
Gəncə şəhərinin bəzi ərazilərində təbii qazın verilişi dayandırılıb.
Gundem.az-ın məlumatına görə, buna səbəb 1-ci şəhər xəttində aparılan "kipliyə sınaq" və digər təmir-bərpa işləridir.
Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismar İdarəsindən bildirilib ki, qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.
Mənbə: gundem.az