Image

Nazir: Sənaye zonalarının qeyri-neft-qaz sənayesi ixracında payı 23 faizi ötüb

2026-cı ilin yanvar-sentyabrında sənaye zonalarının Azərbaycanın qeyri-neft-qaz sənayesi ixracında payı 23 faizdən çox olub. Həmin dövrdə bu zonaların qeyri-neft-qaz sənaye istehsalındakı payı isə 19 faizi ötüb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazirin sözlərinə görə, qeyri-neft-qaz sektorunda struktur dəyişiklikləri baş verir və qeyri-neft-qaz sənayesi, nəqliyyat-logistika və rəqəmsal xidmətlər iqtisadi artımın aparıcı sahələrinə çevrilir.

“Cari ilin 9 ayında sənaye zonalarının ölkənin qeyri-neft-qaz sənaye istehsalında payı 19 faizdən, ixracda payı isə 23 faizdən çoxdur”, – Cabbarov qeyd edib.

Mənbə: anews.az

Xəbər lenti