İçərişəhərdə maşınını park edən idmançı qiymətdən şoka düşdü
"İçərişəhər"də avtomobili park edən idmançı Şükran Sultanov tariflərdən narazıdır.
BAKU.WS xəbər verir ki, idmançı bu barədə özü paylaşım edib.
Onun sözlərinə görə, İçərişəhərdə avtomobilini 6 saat 5 dəqiqə park edib və sonda ona 33 manat borc ödənişi gəlib.
Şükran Sultanov bu qədər pulun parkinq üçün xeyli çox olduğunu vurğulayıb.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində avtomobillərin parklanma tarifləri ilə bağlı quruma müraciət etdik. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.

Mənbə: baku.ws