Image

Bu ölkə təxribata görə Rusiya ilə sərhədini bağlayır

Estoniya hakimiyyəti dron istehsalçısı "Threod Systems" şirkətinə məxsus müdafiə müəssisəsində baş verən təxribat cəhdi səbəbindən dekabrın 1-dən etibarən Rusiya ilə bütün sərhəd keçid məntəqələrini bağlayacaq.

Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna məlumat verib.

Hücumçular 14 noyabr gecəsi Viimsi şəhərindəki fabriki yandırmağa cəhd göstərərək pəncərələri sındırıb və içərisinə tezalışan maye töküblər. Estoniya Təhlükəsizlik Polisi səkkiz Latviya sakinini saxlayıb. Onlardan beşi həbs edilib. Xarici İşlər Nazirinin sözlərinə görə, sərhədi bağlamaq qərarı bu hərəkətlərin arxasında təhrikçi və əlaqələndirici kimi çıxış edən Rusiya hərbi kəşfiyyatının - QRU-nun dayandığına dair "tutucu dəlillər" alındıqdan sonra verilib.

Mənbə: anews.az

Xəbər lenti