Image

Məktəblilər avtobusda dəm qazından ZƏHƏRLƏNDİ

Saatlıda məktəblilər avtobusda dəm qazından zəhərlənib.

Gundem.az-ın məlumatına görə, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.

İlkin məlumata görə, dərsə gedən məktəblilər avtobusda olarkən dəm qazının sızmasından qəfil halları pisləşib.

Şagirdlər dərhal Saatlı Rayon Mərkəzi xəsətxanasına çatdırılıb. Məktəblilərin səhhətinin qənaətbaəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)

Mənbə: gundem.az

Xəbər lenti