Image

Sumqayıtda ilin ilk körpəsi - FOTO

Sumqayıtda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin Perinatal Mərkəzində dünyaya gəlib.

Gundem.az APA-ya istinadən bildirir ki, 2024-cü il yanvarın 1-də saat 07:30-da doğulan körpənin cinsi oğlan, boyu 44 santimetr, çəkisi 2 kiloqram 400 qram olub.

Qeyd edək ki, 20 yaşlı Sumqayıt sakini Aysu Hüseynova təbii doğuşla körpəni dünyaya gətirib.

Hazırda ananın və yeni doğulanın vəziyyəti stabildir.

Məqaləyə dair fotomateriallar:

 Digər maraqlı xəbər

Mənbə: gundem.az

Xəbər lenti

Prezident fərman imzalayıb