Alkoqol istehlakını azaltmaq üçün SADƏ BİR ÜSUL
Yale Tibb Məktəbinin narkomaniya üzrə tibb professoru David Fillien və York Universitetinin narkomaniya üzrə tibb professoru İan Hamilton sosial şəbəkədə bloger Bridget Stangland tərəfindən daha az alkoqol içməyin məşhur yolunun effektivliyini qiymətləndiriblər.
Narkoloqların rəyini "Business Insider" dərc edib.
Stanglandın metoduna görə, alkoqol istehlakınızı azaltmaq üçün hər ayın bir həftəsində spirtdən imtina etmək lazımdır.
Bloger qeyd edib ki, onun üçün bu cədvələ öyrəşmək asan olub. Üstəlik, bədənində müsbət dəyişikliklər hiss edib və ayıqlıq dövrlərini daim uzatmağa başlayıb.
Hamilton bu üsulu içdikləri miqdarı azaltmaq istəyən, lakin alkoqoldan tamamilə imtina etməyə hazır olmayanlar üçün kompromis həll yolu adlandırıb. Onun fikrincə, ilk cəhd üçün elə həftə seçmək lazımdır ki, həmin günlərdə onu təhrik edəcək faktorlar olmasın. Əgər dözmək mümkün olmasa, əsəbiləşmək lazım deyil, sadəcə yenidən cəhd etmək gərəkdir.
Fillien hesab edir ki, ay ərzində bir həftə ayıq olmaq bundan əziyyət çəkənlər üçün böyük üstünlük ola bilər. Lakin bir şəxs bir neçə gün alkoqolsuz dayan bilmirsə, onda mütləq mütəxəssisə müraciət etməlidir.
BAKU.WSMənbə: baku.ws