Image

Tanınmış aparıcıya vəzifə verildi - FOTO

Azərbaycanlı aparıcı Dilarə Səlimə AzTV-də (Azərbaycan Dövlət Televiziyası) vəzifə verilib.

Gundem.az xəbər verir ki, aparıcı “Mədəniyyət” telekanalının direktoru təyin edilib.

Bu barədə ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev məlumat verib. 

Qeyd edək ki, Dilarə 2000-ci ildə "ABA" televiziyasında "Kontra" tok-şousunun müəllifi və aparıcısı olub. 2001-ci ildə "İnternyus" televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq "Media və Mən" verilişini hazırlayıb.

2007-ci ildən AzTV-də "Səhər" proqramında müəllif və aparıcı, "Xəbərlər"də isə aparıcı kimi işləyib.

"Səadət" qadın proqramının müəllif və aparıcısı olub. 2018-ci ildən AzTV-nin "Mədəniyyət xəbərləri"nin baş redaktoru, "Görüş yeri" verilişinin müəllif və aparıcısıdır. 

Mənbə: gundem.az

Xəbər lenti

Prezident fərman imzalayıb