Bakıda turizmlə bağlı foruma start verildi - FOTO
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının forumuna start verilib.
Gundem.az xəbər verir ki, ATAA-nın təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forumu başlayıb.
Tədbiri ATAA-nın İdarə heyətinin sədri Göydəniz Qəhrəmanov açıq elan edib.
Qeyd edək ki, Bakı Konqres Mərkəzində baş tutan tədbirdə 1000-ə yaxın şəxs iştirak edir. (sfera.az)



Mənbə: gundem.az