Image

Qonşusu tərəfindən öldürülən ana və qızı ilə bağlı - Şok detallar - FOTOlar

Manisada yaşadıqları binanın liftində ölü tapılan Devrim Gülər ​​və qızı Doğa Etyemezin qatilinin qonşuları Atalay Yüksel olduğu məlum olub.

Gundem.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Devrim Gülər ​​ilə romantik münasibət qurmaq istədiyi üçün mübahisə zamanı qızı Doğanı məftillə boğduğunu ifadə edən Yüksel:

"Doğa bu hadisədən xəbər tutandan sonra evə gedib mübahisə etməyə başladım. Mübahisə nəticəsində Doğanı məftillə boğaraq öldürdüm. Bu hadisə saat 01.30 radələrində baş verib. Bu arada evdə gözlədim. Təxminən 2 saat sonra Devrim Gülər ​​evə gəldi. Ardıncada onu öldürdüm. Hadisə yaşayış binasının ikinci mərtəbəsində baş verdi. Hadisədən sonra hər ikisinin cəsədini liftə qoydum və  4-cü mərtəbəyə göndərdim.Sonra səhər saatlarında bilet alıb qatarla İzmirə getdim, daha sonra başqa bilet alıb təyyarə ilə Ankaraya getdim".

Dindirildikdən sonra Yüksel sövq edildiyi məhkəmə tərəfindən həbs edilib.

Digər tərəfdən, məişət mübahisəsi olduğunu deyərək dəqiqələrlə davam edən ana və qızın qışqırığına qonşuların səssiz qaldıqları üzə çıxıb.

Məqaləyə dair fotomateriallar:

Mənbə: gundem.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Bakıda evdə meyit tapıldı

Xəzərdə zəlzələ olub

Sabah 41 dərəcə isti olacaq