Image

Sabah bu ərazilərdə qaz OLMAYACAQ

Bakının bəzi ərazilərində sabah qaz təchizatı məhdudlaşdırılacaq.

Gundem.az xəbər verir ki, bu “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

“Tbilisi prospekti” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar qeyd olunan kəmərdə 23.11.2023-cü il tarixdə saat 09:30-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Bildirilib ki, təmir işləri görülən müddətdə Binəqədi rayonunun 6-cı və 9-cu mikrorayonlarının, Xutor yaşayış massivinin, Vorovski qəsəbəsinin tam olaraq, M.Rəsulzadə qəsəbəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mənbə: gundem.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Bakıda evdə meyit tapıldı

Xəzərdə zəlzələ olub

Sabah 41 dərəcə isti olacaq

Azərbaycan nefti ucuzlaşıb