Sumqayıt-Bakı elektrik qatarı yolda qalıb? - RƏSMİ AÇIQLAMA
Bu gün saat 09:35-də Sumqayıtdan hərəkət edən sürətli sərnişin qatarı 4 dəqiqə gecikmə ilə Bakıya çatıb.
Bu barədə BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Belə ki, qatarın gecikməsinə səbəb Biləcəri stansiyasındakı işıqforun bir müddət qırmızı göstərməsi olub:
"Biləcəri stansiyasında 4 dəqiqə gözlədikdən sonra Sumqayıt-Bakı qatarı yola düşüb. Qatarın yolda qalması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir və narahatçılığa əsas yoxdur".
Orxan Hüseyn BAKU.WSMənbə: baku.ws