Image

Ordumuzun zabitini qətlə yetirən şəxs həbs olundu

Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevi qətlə yetirməkdə təqsirli bilinən Nizami Eynulla oğlu Abdullayev barəsində hərbi prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Gundem.az-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Mənbə: gundem.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Türkiyədə zəlzələ olub