Image

Şimal bölgəsində ən yaşlı seçicinin 103 yaşı var

Şimal bölgəsinin ən yaşlı seçicisi Şabran rayonunun Ağbaş kəndində yaşayan Meynas Maqsudovadır.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Meynas Maqsudova fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində 56 saylı Şabran-Xaçmaz seçki dairəsinin 30 saylı məntəqəsində səs verəcək.

Bir əsrdən çox yaşayan Meynas nənənin ailəsində 10 övlad, 35 nəvə, 80-dən çox nəticə və 10-dan çox kötükcə böyüyüb.

Ümumilikdə, şimal bölgəsində səkkizi qadın, biri kişi olmaqla, yaşı yüzü keçən 9 seçici var.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Faktiki hava açıqlanıb

Türkiyədə zəlzələ olub