Agentlik sədri qudalarına yüksək VƏZİFƏ VERDİ - YENİLƏNİB
Zaur Mikayılov daha bir qudasını özünə müşavir təyin edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, o, qudası Əsəd Əli oğlu Şirinovu müşavir vəzifəsinə gətirib.
***11:22
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni aparat rəhbəri təyin edilib.
BAKU.WS manşet.az-a istinadən xəbər verir ki, agentliyin sədri Zaur Mikayılovun müvafiq əmri ilə qurumun aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib.
Fuad Quliyev 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, yeni təyin edilən aparat rəhbəri agentliyin sədri Zaur Mikayılovun qudasıdır.
Mənbə: baku.ws