Image

Azərbaycan ordusu dünya reytinqində hardadır? - Statistika

Global Firepower Index 2024 dünyanın ən güclü ordularının reytinqini yeniləyib.

Gundem.az xəbər verir ki, buna əsasən, Ermənistan 102-ci, Türkiyə 8-ci, İran 14-cü, Azərbaycan 59-cu, Gürcüstan 84-cü yerdədir. Baltikyanı ölkələr 2024-cü ildə ən güclü ordular reytinqində 85-99-cu yerləri tutublar.

Baltikyanı ölkələrdə ən güclü ordu Estoniya (85-ci yer), Litva ordusu 86-cı, Latviya milli silahlı qüvvələri isə 99-cu yerdədir. ABŞ ordusu birinci yerdədir. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Çin ordusu qərarlaşıb. İlk üçlük 2022-ci ildən dəyişməz olaraq qalır. 

Ukrayna ordusu Bundesveri, Almaniya silahlı qüvvələrini (19-cu) qabaqlayaraq 18-ci yerdədir. Butan ordusu 145 ölkənin yer aldığı siyahıda sonuncu yerdədir.

Reytinqin yaradıcıları izah ediblər ki, ölkələrin hərbi qüdrətini qiymətləndirərkən maliyyə göstəriciləri və dövlətlərin coğrafi mövqeyi də daxil olmaqla 60-a yaxın meyar nəzərə alınıb.

Mənbə: gundem.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

Türkiyədə zəlzələ olub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb