Image

Nadir Rüstəmli "intihar"a cəhd edib? - VİDEO

Avroviziya təmsilçimiz Nadir Rüstəmli bu dəfə fərqli obrazda çəkdirdiyi klipi təqdim edib.

Gundem.az xəbər verir ki, pop ulduz türk dilində oxuduğu "Bedel" adlı nəğməyə rejissor Fahir Səmədoğlunun köməkliyi ilə ekran həyatı verib. Bəstənin sözləri Kənan İbralı, musiqisi isə elə səbəbkarın özünə məxsusdur. Bakıda lentə alınan klipin süjet xəttində Nadir öz keçmişi ilə danışır. Baş verən bütün hadisələrdə o, beynində canlandırdığı keçmişindəki “Nadir”i günahlandırır. Ekran işinin sonlarında hər iki “Nadir” üz-üzə gəlir. Klipin əvvəlində özünü asmaq istəyən obrazı oynayan obrazın sonda onun psixi xəstə olduğu və bütün yaşananların sadəcə beyin təxəyyülü olduğunu görürük.

Yeni uğurlu işi barədə danışan Rüstəmli layihənin çətinliklə ərsəyə gəlmədiyini qeyd edib:

"Mahnının sözləri real hekayə üzərində qurulub. Klipə mental və fiziki olaraq aylarca hazırlaşmışdım. Psixi xəstəliyi olan şəxsin nə kimi hərəkətlər etməsi, görünüşü, əlinin əsməsi, mimikalarını idarə edə bilməməsi və s. çətin olmadı. Atam nevropotolog olduğu üçün, bu mövzuda mənə xüsusi yardım etdi".

Mənbə: gundem.az

Xəbər lenti

Sabah 41 dərəcə isti olacaq

Azərbaycan nefti ucuzlaşıb