Bakıda məşhur "zapravka" fantastik məbləğə satışa çıxarıldı - FOTO
Bakıda yanacaq doldurma məntəqəsi (YDM) satışa çıxarılıb.
Gundem.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, sözügedən YDM paytaxtın Nəsimi rayonunda yerləşir.
20 yanvar metrosundan 3-cü mikrorayon dairəsində gedən yolda yerləşən müəssisə 5,5 milyon manata təklif olunur.
YDM 0,29 hektar ərazidə inşa olunub. Obyektin sahibinin kimliyi məlum deyil.

Mənbə: gundem.az