Azərbaycan millisinin sabiq futbolçusu AFFA-da təltif edildi
Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov təltif edilib.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA məlumaat yayıb.
Bu il peşəkar karyerasını başa vuran müdafiəçi milli assosiasiyada baş katib Sərxan Hacıyevlə görüşüb.
O, AVRO-2024-ün seçmə mərhələsində İsveçlə keçirilən ev oyunundan (3:0) öncə ölkədə olmadığından təqdimetmə mərasimində iştirak edə bilməmişdi. S.Hacıyev yığmanın sabiq üzvünə gələcək fəaliyyətində uğurlar arzulayıb.
BAKU.WSMənbə: baku.ws