Mikayıl Cabbarov Türkmənistanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgidə olub - FOTO
“Ümummilli lider Heydər Əliyevin türk dövlətləri ilə münasibətlərin gücləndirilməsində, o cümlədən Azərbaycan-Türkmənistan dostluğunun möhkəmləndirilməsində müstəsna xidmətləri var”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
“Türkmənistanda ümummillilider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev - Azərbaycan və Türkmənistan Qardaşlığı” konserti və fotosərgidə ulu öndərin xatirəsini yad etdik, ölkələrimizin əlaqələrinin inkişafına verdiyi töhfələr barədə danışdıq”, - deyə nazir bildirib.
BAKU.WS
Mənbə: baku.ws