Image

4 uşaq atası Serxio Ramos arvadından ayrılır

Sevilya"nın müdafiəçisi Serxio Ramos və həyat yoldaşı Pilar Rubio arasında münasibətlər pozulmağa yaxındır.

Gundem.az lent.az-a istinadla bildirir ki, "El Desmarque" cütlüyün yaxın adamlarına istinadən xəbər verir. Cütlük 11 ildir ki, münasibətdədir. Onlar 2019-cu ildə evlənib və dörd övladı var.

"El Desmarque" Ramos və Rubioya yaxın insanların dediklərindən sitat gətirir: "Ailənin dağılması bir neçə günün məsələsidir".

Bir neçə gün əvvəl cütlükdə böhranla bağlı şayiələr yayılıb və bu, indi ictimaiyyətdə təsdiqlənir.

Mənbə: gundem.az

Xəbər lenti