Səfərdə ağır məğlubiyyət alan "Fənər"in üzvü əsəblərinə hakim ola bilmədi - FOTO
Matç bitdi, bütün cəhənnəm boşaldı! İrfan Can Kahveci pərəstişkarına doğru addımlayıb
BAKU.WS xəbər verir ki, UEFA Konfrans Liqasının 5-ci həftə matçında “Nordjaelland”ın qonağı olan “Fənərbağça” klubu ağır məğlubiyyətlə üzləşib.
Danimarkada 6:1 hesabı ilə məğlub olan İstanbul təmsilçisi qrup cədvəlində də 3-cü pilləyə düşüb.
Səfərdə darmadağınla üzləşən "Fənər"in futbolçularından biri matçdan sonra əsəblərinə hakim ola bilməyib.
Türkiyə milli və “Fənərbağça”nın üzvü olan İrfan Can Kahveci hakimin fitindən sonra tribunada əyləşən fanatlarla mübahisə etməyə başlayıb. Stadionun mühafizəsi və komanda yoldaşları tribunalara doğru gedən futbolçunu bir yolla sakitləşdirməyi bacarıb.
BAKU.WS







Mənbə: baku.ws